YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri 28 May - Respublika Günü münasibətilə bəyanat vermişdir

Kanada Parlamentinin mayın 28-də keçirilmiş iclasında Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Barri Devolin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bəyanat vermişdir.

Bu barədə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilmişdir.

Bəyanatda deyilir ki, Barri Devolin 96 il əvvəl müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın Azərbaycanda yaradıldığını qeyd etmişdir. O, Azərbaycanın qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk müsəlman dövləti olduğunu vurğulamışdır.

Müstəqil Azərbaycan dövlətinin iki il ərzində fəaliyyət göstərdiyini qeyd edən millət vəkili, Sovet İttifaqının süqutundan sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini diqqətə çatdırmışdır.

Bəyanatın sonunda Barri Devolin Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasına parlaq gələcək arzu etmişdir.

 

DİGƏR Xəbərlər Arxiv